çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

72 yaşlı həvəskar futbolçu yeni mövsümü gözləyir

19.11.2021 12:00 Oxundu 484
 
Türkiyənin Trabzon bölgəsində yaşayan 72 yaşlı futbolçu Yozqatın həvəskar alt liqa komandasından Yozqatın "Divanlı Genşlerbirliği" komandasına transfer olunub.
"CEMPİON.AZ" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı həvəskar futbolçu pandemiya səbəbi ilə futbola bir müddət ara verməli olub. O, 35 il Həvəskar Futbolçular Konfederasiyasının başçısı kimi fəaliyyət göstərib. Şerif Kunt 54 illik futbol həyatının son dövrünü Anadolunun müxtəlif vilayətlərində keçirib.
Kunt 2017-2018-ci illərin futbol mövsümündə Osmaniyə Karaçayspor, 2018-2019-cu illərin futbol mövsümündə "Mardin Kızıltəpə Günçlerbirliği", 2019-2020-ci illərin futbol mövsümündə isə Ərzurumun həvəskar komandalarından "Harp-İş İdman" klublarında çıxış edib.