19.11.2021 12:15
444
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşerin yerinə hələ də namizəd axtarışındadır.
"CEMPİON.AZ" xəbər verir ki, norveçlini istefaya göndərəcəyi dəqiqləşən Premyer Liqa təmsilçisinin daha bir namizədi bəlli olub. Belə ki, komanda Sulşerin yerinə əfsanəvi futbolçu Zinəddin Zidanı gətirmək istəsə də, Zidan İngiltərə klubu ilə anlaşmayıb. Bundan sonra əsas favoritlərdən biri kimi Brendan Rocers göstərilsə də, indi də klubun əsas hədəfi Luis Enrikedir. Komanda rəhbərliyi hazırda İspaniya millisinə rəhbərlik edən mütəxəssislə danışıqlara başlamağı planlaşdırır. İspaniyalının iş üslubu və ulduzlarla çalışmaq bacarığı klub rəhbərliyinin ürəyincədir.