19.11.2021 12:28
461
Amerikanın "NBC Universal" şirkəti İngiltərə Premyer Liqasının (APL) oyunlarının nümayişi hüququnu əldə edib.
"CEMPİON.AZ" xəbər verir ki, sövdələşmənin ümumi məbləği 2,7 milyard dollar dəyərində qiymətləndirilir. Yeni müqavilənin müddəti altı il üçün nəzərdə tutulub və növbəti mövsümdən qüvvəyə minir. Kanalın liqa ilə 2016-cı ildə bağlanmış əvvəlki müqaviləsi 1 milyard avro dəyərində olub.
Qeyd edə ki, "NBC Universal" İngiltərə Premyer Liqasını həm ingilis, həm də ispan dillərində yayımlayır.