çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Linqard "Mançester Yunayted"i tərk etməyə hazırlaşır

19.11.2021 13:13 Oxundu 443

Cessi Linqard yeni müqavilə danışıqları uğursuz olduqdan sonra "Mançester Yunayted"i tərk etməyə hazırlaşır.

"CEMPİON.AZ" xəbər verir ki, Linqardın "Mançester Yunayted"lə müqaviləsi gələn ilin iyununda başa çatacaq. Nəşrin məlumatına görə, Linqard danışıqlar zamanı klubdan narazılığını bildirib. Rəhbərliyin ilkin təklifində maaşların kəsilməsi məsələsi də olub.
Qeyd edək ki, Linqard “qırmızı şeytanlar”ın yetirməsidir. O, 2000-ci ildə yeddi yaşında olarkən Mançester Yunayted Akademiyasına qoşulub. Əsas komandanın heyətində yarımmüdafiəçi kimi 218 oyun keçirib və 35 qol vurub. O, İngiltərə Kubokunun, FA Kubokunun, FA Super Kubokunun və Avropa Liqasının qalibi olub.