İlin sonunda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat super turniri keçiriləcək.
"CEMPİON.AZ" xəbər verir ki, turnir dekabrın 17-dən start götürəcək.
VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış əvvəllər olduğu kimi Şəmkirdə deyil, Bakının “Fairmont Baku” otelində keçiriləcək.
Oyun ilk dəfə 2014-cü ildə baş tutub. Yaxın günlərdə turnirdə iştirak edəcək oyunçuların adlarının açıqlancağı bildirilir.
Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
ŞAHMAT
Vüqar Həşimov adına Super Turnir keçiriləcək
19.11.2021 15:43
523