çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi koronavirusa yoluxub

20.11.2021 10:00 Oxundu 422
 
Belçika millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne koronavirusa yoluxub.
"CEMPİON.AZ"
xəbər verie ki, bu barədə "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib. Qvardiolanın sözlərinə görə, De Bruyne dünya çempionatının seçmə turnirinin oyunları vaxtı koronavirus testi verib və nəticə müsbət olub.
Qeyd edək ki, Belçika millisi ötən həftə dünya çempionatına yolunu təmin edib. De Bruyne millinin estonlarla (3:1) və Uelslə (1:1) qarşılaşmasında iki oyununda qol vurub və məhsuldar ötürmə edib.
Bu mövsüm "Mançester Siti"nin heyətində isə futbolçu müxtəlif turnirlərdə 14 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib. "Mançester Siti" Premyer Liqada 11 oyunda 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.