çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Almaniya çempionatının birincisi "Bavariya" səfərdə məğlub olub

20.11.2021 12:50 Oxundu 437


Futbol üzrə Almaniya çempionatının 12-ci turu çərçivəsində səfərdə Münhenin “Bavariya” klubu “Auqsburq”a 1:2 hesabı ilə məğlub olub.
"CEMPİON. AZ"
xəbər verir ki, "Bavariya" səfərdə məğlubiyyət acısını yaşayıb. Qaliblərin qollarını Mads Pedersen (23-cü dəqiqə) və Andre Han (36) vurub. "Bavariya"da isə Robert Levandovski (38) qola imza atıb.
" Bavariya"nın polşalı forvardı 14-cü qolu vurub. O, cari Almaniya çempionatının bombardiridir. Münhen klubu ardıcıl dörd liqa qələbə seriyasına son qoyaraq mövsümdə ikinci məğlubiyyətini alıb.
Turnir cədvəlinə 28 xalla "Bavariya" birinci pilləyə sahiblik edir. "Auqsburq" isə 12 xal toplayaraq 15-ci pilləyə yüksəlib. Növbəti turda “Bavariya” noyabrın 27-də “Arminiya”nı, “Auqsburq” isə həmin gün səfərdə “Gerta”nı qəbul edəcək.