20.11.2021 13:59
460
Uruqvay Milli Futbol Komandasının baş məşqçisi Oskar Tabares yollarını ayırıb.
"CEMPİON.AZ" xəbər verir ki, Uruqvay Futbol Federasiyası 15 ildir komandaya rəhbərlik edən uruqvaylı çalışdırıcı Tabarezin istefaya göndərildiyini açıqlayıb.
Daha əvvəl 1988-1990-cı illərdə Uruqvayı çalışdıran 74 yaşlı Tabarez 2006-cı ildə "Boka Xuniors", "Milan", "Kalyari", "Velez Sarsfild" kimi komandalarda çalışdıqdan sonra ikinci dəfə millinin başına keçib.
Tabarezin rəhbərlik etdiyi Uruqvay Milli Komandası 2010-cu il FİFA Dünya Çempionatının yarımfinalında oynayaraq 2011-ci ildə Amerika Kubokunun qalibi olub.
2022 FIFA Dünya Kuboku Cənubi Amerika Seçmə mərhələsində 4 matçda məğlub olan Uruqvay 14 həftənin sonunda 16 xalla 7-ci pillədə qərarlaşıb.