22.11.2021 11:46
581
Noyabrın 11-dən 22-dək Sloveniyanın Terme Kates şəhərində keçirilən komandalararası Avropa çempionatının qalibi Ukrayna və Rusiya yığmaları olub.
"CEMPİON.AZ" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Fransa, Ermənistan və Ukraynanın kişilərdən ibarət komandası birincilik uğrunda 12/14 final mərhələsinə qədər gəlib çıxıb.
Son turda Əlirza Firuzcanın Şəhriyar Məmmədyarov üzərində qələbəsi sayəsində Fransa Azərbaycanı məğlub edib. İran əsilli yeniyetmə daha bir möhtəşəm turnir keçirərək o, fenomenal 8/9 xal toplayıb. Reytinqdə 2800 balı ötüb. Mütəxəssislər belə hesab edir ki, Alireza dekabr ayınının reytinq siyahısında Maqnus Karlsendən dərhal sonra ikinci pilləyə yüksələcək.
Ukrayna Ermənistanı 3-1 hesabı ilə məğlub edib və Fransa üzərində daha yaxşı Sonneborn-Berger taybreyi sayəsində qızıl medal qazanıb.
Ukrayna komandasını ilk Avropa Komanda Çempionatı titulunu qazanıb. Fransa gümüşlə kifayətlənməli olub. Polşa və İspaniya final mərhələsində qələbə qazanaraq üçüncü yer üçün bərabərə qalıblar.