Minlərlə azarkeş tərəfindən sevilən "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşerin son oyunlardan sonra postunun laxlaması, nəhayət komandanın onunla sağollaşması ilə nəticələnib.
"CEMPİON.AZ" xəbər verir ki, Sulşerin gedişindən sonra əfsanəvi futbolçu Ronaldo oynadığı komandanın baş məşqçi postunda ispaniyalı məşqçi Luis Enirike Martinez Qarsiyanı görmək istəyini bildirib. Portuqaliyalı kapitan komandasının da bu istəyini rəhbərliyə də çatdırıb. Ancaq komandası Qətərdə keçiriləcək Dünya Çempionatına vəsiqə qazandığından Luis Enrike jurnalistlərə müsahibəsi zamanı “ Mançester Yunayted” in vakant işi ilə bağlı gəzən fərziyyələrə gülərək, bunu aprel zarafatı kimi qiymətləndirib.
Hazırda "Qırmızı şeytanlar”ın gündəmində olan mütəxəssislər arasında Zinəddin Zidan, Erik ten Haq, Brendan Rocers, Xulen Lopeteqi, Maurisio Poçettino və Loran Blandın adları var. Luis Enirike də "Old Trafford"un əsas namizədləri arasındadır. Növbədə isə bu adlardan hansının öz komandasından ayrıla biləcəyi fərziyyəsi qalır.
Əsas adlar arasında yer alan Zinəddin Zidan yayda "Real Madrid"dən ayrıldıqdan sonra sərbəstdir, lakin fransız futbolçunun Mançesterdəki baş məşqçi postu ilə bağlı ehtiyatlı davrandığı bildirilir.
Qeyd edək ki, “Mançester Yunayted”in Premyer Liqanın XII turunda “Uotford”a 1:4 hesablı məğlubiyyəti Ole-Qunnar Sulşerin istefasına səbəb olub. Komanda hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır. Hazırda komandaya Sulşerin keçmiş köməkçisi Maykl Karrik başçılıq edir. Çempionlar Liqasında "Villarreal" ilə matçda o, məsuliyyət daşıyacaq.
DÜNYA FUTBOLU
Ronaldo komandasına baş məşqçi gəlməsini istədiyi ad açıqlandı
22.11.2021 11:53
438