23.11.2021 14:57
502
İtaliyanın “Fiorentina” futbol komandası heyətinə yeni hücumçu gətirmək istəyir.
"CEMPİON.AZ" xəbər verir ki, A seriyası təmsilçisi heyətini Fransa “Lill”ində çıxış edən Conatan İkone ilə gücləndirəcək. “Sassuolo”nun forvardı Domeniko Berardini ala bilməyən florensiyalılar alternativ variant kimi baxdığı İkone ilə kifayətlənməyə məcbur olub. İkone ilə təmasa keçən “Fiorentina” 23 yaşlı futbolçunun razılığını alıb.
Qeyd edək ki, cari mövsümdə “Lill”də 19 matça çıxan hücumçu 2 qol vurub.