23.11.2021 15:27
636
Həkim Nelson Kastro əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ürəksiz dəfn edildiyini bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
O, “Gimnasia La Plata” klubunun bir qrup radikal fanatının Maradonanın ürəyini çıxarmaq istədiyi bildirib.
“Bu baş verməməli idi. İnsanlar azarkeşlərin niyyətlərini öyrəndilər və ürəyi çıxardılar. Səbəblərdən biri də Maradonanın ölüm səbəbini müəyyən etmək idi”.
Mütəxəssisin sözlərinə görə, əfsanəvi futbolçu onu məhv edən hər şeyə aludə olub:
“Onun ürəyi yarım kiloqram ağırlığında idi. Ürəyin çəkisi adətən təxminən 300 qram olur. Peşəkar idmançıların ürəyi adətən böyük olur, amma Maradonada səbəb başqa idi: ürək çatışmazlığı”.
Qeyd edək ki, Maradona futbolçu kimi “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında çıxış edib.
Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Müayinə zamanı futbolçunun ürəyinin normadan iki dəfə böyük olduğu məlum olub.