çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Old Tarfford"da 90 il sonra yenidən eyni hadisə yaşandı

24.11.2021 10:08 Oxundu 429


“Mançester Yunayted”in ingiltərəli müvəqqəti baş məşqçisi Maykl Karrik​ ölkəsi üçün son 90 ilin ən yadda qalan adı olub.
"CEMPİON.AZ"
xəbər verir ki, Maykl son 90 ildə “Mançester Yunayted”dəki debütündə qələbə qazanan ilk ingiltərəli baş məşqçi olub. Belə ki, ötən gün gənc mütəxəssisin yetirmələri Çempionlar Liqasının V turunda “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəlib. 
Sonuncu belə hadisə 1931-ci ildə qeydə alınıb. Həmin vaxt Uolter Krikmen debütdə qələbəyə sevinib. 
Qeyd edək ki, son illərdə “Mançester Yunayted”i əsasən xarici mütəxəssislər çalışdırır.