İngiltərənin "Mançester Yunayted" futbol klubunun keçmiş baş məşqçisi Ole Qunnar Sulşerin postundan göndərilməsindən sonra onun yerinə Maurisio Poçettinonun gətilməsi faktı da üzə çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, əgər Poççettino İngiltərə klubuna keçərsə, "Old Trafford" Fransanın "Paris Sen-Jermen" klubuna 12 milyon avro təzminat ödəyəcək. Bu barədə Britaniyanın “ The of Sun ” qəzeti məlumat yayıb. Əgər Poçettino yayda "Mançester Yunayted"ə keçərsə, təzminat yarıya qədər azalacaq. Argentinalı mütəxəssisin Fransa klubu ilə hazırkı müqaviləsi 2023-cü ilə qədərdir. İngiltərə mətbuatı qeyd edir ki, Poççettino "qırmızı şeytanlar"ı idarə etmək üçün ilin ortasında Fransanı tərk etməyə hazırdır.
Mətbuat həmçinin vurğulayır ki, komandanın baş məşqçi postuna əsasən Brendan Rocers və Erik ten Haq nəzərdən keçirilsə də, Zinəddin Zidanın "qırmızı şeytanlar"a müvəqqəti başçılıq etməsi məsələsi də danışılıb. Lakin Poççettinonun şansı onlarla müqayisədə daha yüksək görülür. Belə ki, ortada 2014-cü ildən argentinalı ilə yaxın dost olduqdan sonra dəfələrlə onun təyinatı üçün lobbiçilik edən Ser Alex Ferqusonun adı var.
Poçettino 49 yaşındadır və 2021-ci ilin yanvarından PSJ-yə rəhbərlik edir. Onun rəhbərliyi altında Paris klubu Fransa Kuboku və Superkubokunun qalibi olub. Argentinalı daha əvvəl İspaniyanın “İspanyol”, İngiltərənin “Sautqempton” və “Tottenhem” komandalarına başçılıq edib.
DÜNYA FUTBOLU
“Mançester Yunayted” Poçettino üçün 12 milyon avro təzminat ödəyə bilər
24.11.2021 10:22
429