çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Levandovskidən yeni rokard göstərici - VİDEO

24.11.2021 10:43 Oxundu 433


Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
"CEMPİON.AZ"
xəbər verir ki, 33 yaşlı hücumçu buna Ukraynada Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub. 14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib. Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngilltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb.