çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

İtaliya Avropa Liqasının qrup mərhələsində V tura itkiylə başlayır

24.11.2021 12:09 Oxundu 436


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura start veriləcək.

"CEMPİON.AZ" xəbər verir ki, bu gün keçirliəcək "Napoli" - "Spartak" qaşılaşmasında İtaliyanın "Napoli" futbol klubunun hücumçusu Lorenzo İnsinye dizindən aldığı zədə səbəbindən Avropa Liqasının qrup mərhələsinin V turunun Moskva "Spartak"ı ilə matçda meydana çıxa bilməyəcək. Bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb. Görüş Moskvada baş tutacaq və Moskva vaxtı ilə saat 18:30-da başlayacaq. Avropa Liqasının ikinci turunda "Spartak" - "Napoli" üzərində 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, İnsinyenin 30 yaşı var və 2009-cu ildən "Napoli"nin oyunçusudur və İtaliyanın Kavese, Foggia və Peskara komandalarında icarə əsasında çıxış edib. Ümumilikdə o, “Napoli”də keçirdiyi 412 oyunda 114 qol və 90 məhsuldar ötürmə ilə klubla birlikdə İtaliya kubokunu və Superkubokunu qazanıb. İtaliya millisində forvard 53 oyun keçirib və bu oyunda 10 qol vurub.
Dörd turdan sonra “Spartak” 4 xal toplayaraq C qrupunda sonuncu, dördüncü pillədə qərarlaşıb. “Napoli” liderdir (7 xal), üçüncü yerdə Polşa “Legiya”sı (6) və İngiltərənin “Lester”i (5) qərarlaşıb.