24.11.2021 13:04
504
“Qarabağ” qış fasiləsində iki futbolçu transfer etməyi planlaşdırır.
"CEMPİON.AZ" xəbər verir ki, bunu klubun baş məşqçisi Qurban Qurbanov açıqlayıb. 49 yaşlı mütəxəssis “Omoniya” ilə Konfrans Liqasının V turunun oyunu ərəfəsində keçirilən mətbuat konfransında klubun qış transfer planlarına aydınlıq gətirib. Qurbanov hansı mövqeləri gücləndirmək istədiklərini də gizlətməyib: “Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddən artıq güvənirəm. Çox gözəl kollektivimiz, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istərdim. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək istəyirəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir”