24.11.2021 13:44
512
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasında "Omoniya" ilə oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:
""Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir. Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq".".