24.11.2021 14:01
443
"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç UEFA Avropa Konfrans Liqasında "Omoniya" ilə oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:
"Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 hesabı ilə qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var. Qarşıdakı son iki matçda maksimum nəticə qazanmaq istəyirik. Daha sonra necə olacağını görəcəyik. Əsas məsələ son 2 matça köklənməkdir".