çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Messi, Neymar, Mbappe hədəfdə: “PSJ-də üç sərnişin var”

25.11.2021 12:53 Oxundu 428


“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager Lionel Messi, Neymar və Kilian Mbappeni PSJ-nin sərnişi adlandırıb.
"CEMPİON.AZ"
xəbər verir ki, futbol veteranı “Mançester Siti”yə 1:2 hesabı ilə uduzan PSJ-nin məğlubiyyətinə biganə qalmayıb. O, Fransa təmsilçisinin super ulduzları Lionel Messi, Neymar və Kilian Mbappeni komandanın sərnişinləri hesab edir: “Mən belə fikirləşirəm ki, Çempionlar Liqasını qazana biləcək dörd klub “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Bavariya”da bir nəfər də sərnişin yoxdur. PSJ-ni, xüsusilə də Mbappeni izləyəndə daha çox üzülürəm. Messini müəyyən qədər başa düşürəm. 34 yaşı və özünü bəzi epizodlarda qorumalıdır. Amma Mbappenin 22 yaşı var, işləməli və yenə işləməli, “Mançester Siti” kimi ən yaxşı rəqibə qarşı oyunda komandasına kömək etməlidir. Meydandakı belə gəzintilər mənə görə deyildi. Heç cür bununla barışa bilmirəm. Onların nə qədər yaxşı olmasının fərqi yoxdur, komanda üçün işləmirlər. Sərnişinlərin daşınması vaxtları çoxdan keçib. PSJ də Neymarı da saysaq, üç sərnişin var. Komandanın Çempionlar Liqasını qazanmaq şansı yoxdur. Mən bunu Kriştiano Ronaldo barədə də demişəm. Amma portuqaliyalı ən azı qollar vurur. Ronaldo topsuz sərnişindir, onun qolları bunu kompensasiya edir. Əgər siz qol vurmursuzsa, sərnişinsiz və futbolun indiki səviyyəsində heç bir şansınız olmayacaq”.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra PSJ qrupda 1-ci yeri tutmaq şansını itirib.