çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ"ın oyununda azarkeşlərin saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

25.11.2021 14:34 Oxundu 461

Oyun zamanı səsləndirdikləri şüarlara görə bir neçə “Qarabağ” azarkeşinin polis tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

"CEMPİON.AZ" xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.
O bildirib ki, ehtimal olunan neqativ hərəkətlərin yaşanmaması üçün polis tərəfindən tədbirlər görülür:
“Futbol oyunları zamanı azarkeşlərin təhlükəsizliyi məqsədilə daxili işlər orqanları tərəfindən profilaktik işin təşkili diqqət mərkəzində saxlanılır. Qonaqpərvərlik mühitinin yaradılması üçün oyun öncəsi və gedişində azarkeşlər arasında qıcıqlandırıcı hallara rəvac verən, ehtimal olunan neqativ hərəkətlərin yaşanmaması üçün tədbirlər görülür. Bu tədbirlərdə hər hansı siyasi motiv yoxdur. Komanda təəssübkeşlərinin müxtəlif məzmunlu şüarlar səsləndirməsi, plakatlar qaldırması, yaxud stadiona qadağan olunan əşyaların keçirilməsi ilə bağlı bəzi tanınan azarkeş qrupları ilə müvafiq söhbətlər aparılır, izahlar verilir. Onların diqqətinə çatdırılır ki, bu neqativ hallar tərəflər arasında gərginlik yarada bilər. Bunu nəzərə alaraq, bütün qabaqlayıcı təbdirlərin icrası həyata keçirilir”.
Qeyd edək ki, azarkeşlərin saxlanılması ilə bağlı məlumatı idman jurnalisti Kənan Məstəliyev özünün “Facebook” səhifəsində yazıb və polisin bu addımını tənqid edib.