çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Barcelona" gənc oyunçunun sözləşməsini uzatmaq istəyir

25.11.2021 14:38 Oxundu 502


“Barselona” gənc futbolçuları ilə yeni müqavilə imzalama ənənəsini davam etdirir.
"CEMPİON.AZ"
xəbər verir ki, Kataloniya klubu akademiyanın daha bir yetirməsi ilə danışıqlara rəsmən başlayıb.
Rəhbərlik yeni baş məşqçi Xavi Ernandesin tapşırığı əsasında yarımmüdafiəçi Qavi ilə sözləşmənin uzadılmasını müzakirə edib. 17 yaşlı orta sahə oyunçusunun meneceri İvan de la Penya rəhbərliklə ilk görüşünü keçirib. La Liqa təmsilçisi ona məvacibinin artırılması şərtilə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar il ərzində davam edəcək.