çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ" - "Omoniya" ilə heç-heçə etdi

26.11.2021 09:40 Oxundu 599
 
Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə komandası “Qarabağ” növbəti matçını "Omoniya" ilə heç-heçəyə tamamlayıb.
"CEMPİON.AZ"
xəbər verir ki, Avropanın 3-cü dərəcəli klub turniri olan Konfrans Liqasında mübarizə aparan "Qarabağ" qrup mərhələsində son oyununu doğma azarkeşlər qarşısında keçirib. Hesab bu dəfə də "Omoniya" tərəfindən oyunun ilk hissəsində açılıb.
Bütün görüş boyu üstünlüyə malik olan “Qarabağ” fasilədən sonra hesaba tarazlıq gətirib. Künc zərbəsindən sonra kiprlilər avtoqola üzülüblər. Az sonra qırmızı vərəqə alan qonaqlar azlıqda qalıblar. “Qarabağ” bu say üstünlüyündən yararlana bilməyib. Patrik Andradenin qolundan sonra təmsilçimiz hesabda önə keçib. Lakin bu sevinc çox sürməyib, kiprlilər irəli çıxan Şahrudin Məhəmmədəliyevin kobud səhvindən sonra uzaqdan zərbə ilə hesaba tarazlıq gətirib və oyun 2:2 hesabı ilə başa çatıb.
Evdə xal itirən komandamız “Bazel”ə çatsa da, əlavə göstəricilərə görə ikinci pillədə qalıb. Pley-offa deyil, birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün ağdamlılar əsas rəqibini səfərdə məğlub etməlidir.
Qeyd edək ki, “Qarabağ” dekabrın 9-da keçiriləcək VI turda İsveçrədə “Bazel”in qonağı olacaq.