26.11.2021 10:20
635
UEFA Konfrans Liqasının qrup oyununda təşkil olunan "Qarabağ" - "Omoniya" qarşılaşması ötən gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Oyundan əvvəl Kipr millisinin sabiq futbolçusu Sinişa Dobraşinoviç "Omoniya"nın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup oyunu barədə yerli mətbuata açıqlamasında bildirir ki, iki komanda arasında oyun gərgin olacaq:
"Omoniya" üçün çıxış yolu erkən qol buraxmamaqdır. Dəqiqələr irəlilədikcə bizim də imkanlarımız olacaq. Rəqibin heyətində yaxşı futbolçular var. Bu baxımdan, xal götürmək çətin görünür. Amma sonadək mübarizə aparsalar, nəyəsə ümid etmək olar".
Oyundan əvvəl komandaların start heyətləri açıqlanıb:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos
Ehtiyat oyunçular: 74. Katsper Horonjka, 4. Şehu Abdullahi, 8. İyayi Atimven, 13. Fotis Papulis, 15. Tomaş Quboçan, 16. Jordi Qomes, 17. Yan Letsyaks, 21. Marinos Tsionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu
Baş məşqçi: Henninq Berq
Oyunun 1-ci hissəsində qarabağlılar nəhəng pankart açıblar. Pankartın üzərinə "Sizin boş xəyallarınız bizim reallıqlarımızdır, evimizdə görüşərik" yazılıb. Arxa fonda isə Ağdam məscidinin və "İmarət" stadionun, eləcə də atlının əlində "Qarabağ" f/k -nun rənglərini özündə əks etdirən bayraq təsvir olunub.
"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin V turunda "Omoniya" ilə matçında gərgin anlar yaşanıb.
Gərginlik qarşılaşmanın 31-ci dəqiqəsində Abbas Hüseynovun rəqibin oyunçusu Kiko arasında top uğrunda mübarizədən sonra başlanıb.Topa kiprlilərdən daha tez sahib olduğu üçün rəqib komandanın oyunçusu Abbası güləş fəndi ilə yerə yıxıb. Buna qəzəblənən "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borqes rəqibin üstünə şığıyıb. Kapitan Maksim Medvedevin ilk müdaxiləsi ilə oyunçuları sakitləşdirmək mümkün olub.
Baş hakim iki komanda arasında yaranan gərginliyə görə, Borqes, Kiko və Mixal Dyurişi sarı vərəqə ilə cəzalandırıb.
Hesab səfərdəki kimi rəqib komanda tərəfindən açılıb. Qol Mixal Dyuriş 43 (p.) tərəfindən vurulub. 49-cu dəqiqədə Paris Psaltis avtoqola imza ataraq komandamız üçün hesabda bərabərlik yaradıb. Komandamızdan Patrik Andrade 88-ci dəqiqədə komandamızı 2:1 hesabı ilə irəli çıxarıb.
"Qarabağ" "Omoniya" oyunundan sonra Qurban Qurbanov heç-heçə bitən oyunda yetirmələri ilə bağlı bu sözləri deyib:
“Dünən də demişdim ki, istənilən nəticə hər şeyi son tura saxlaya bilər. Futbolçularım bu il çox böyüdülər. Konfrans Liqasında bir oyunumuz qalıb. Bu istəklə həmin matça da hazırlaşacağıq. Futbolçulara heç bir iradım yoxdur. Bütün matçlarda döyüşçü kimi oynadılar. Maraqlı qollar alındı. Azarkeşlər üçün razı qalası oyun oldu”.
Oyundan sonra "Omoniya"nın baş məşqçisi Henninq Berq bu sözləri deyib:
"Yaxşı oyun alındı. Rəqibin gücünə bələd idik. Onlar qələbə qazanmaq istəyirdi. Oyunu müdafiədən qurduq və bunu bacardıq. Komandamın oyun ruhundan çox razıyam".
Norveçli baş məşqçi hakimlərin oyunu idarə etməsinə də münasibət bildirb:
"Hakimlər haqqında danışmaq istəmirəm. Onlar barədə fikir söyləmək mənim işim deyil. Ümumiyyətlə hakimlərin işini normal qiymətləndirirəm. Sadəcə, oyunçumuza ikinci sarı vərəqəsinin nəyə görə verildiyini bilmirəm".
Oyunla bağlı rəqib komandanın futbolçusundan da açıqlama gəlib. Belə ki, Xaralampos Xaralampous tərəfindən gələn açıqlamada o, dünənki qarşılaşmanı çətin adlandırıb:
“Bugünkü oyunda özümüzü ən yaxşı tərəfdən göstərmək istədik. Birinci hissədə hesabda önə keçdik. Ancaq fasilədən dərhal sonra qol buraxdıq, meydanda azlıqda qaldıq. Hesabda geri düşsək də, gözəl qolla bərabərliyi bərpa etdik. Heç-heçəyə layiq idik”.
Aygün Zayıdova