çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Qırmızı şeytan"lara alman baş məşqçi 

26.11.2021 11:00 Oxundu 461

Uzun müzakirələrdən sonra ingilis komandası "Mançester Yunayted"inin başına Ole Qunnar Sulşerin yerinə alman Ralf Rankinq təyin edilib.
"CEMPİON.AZ"
"Metro.co.uk" agentliyinə istinadən xəbər verir ki, Rankinq hazırda Rusiyanın "Lokomotiv" (Moskva) klubunda idman və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışır. Xəbərdə göstərilir ki, Rakinq klubda 6 ay menecer kimi, növbəti 2 ildə isə məsləhətçi kimi fəaliyyət göstərəcək.
"Yunayted"in Çempionlar Liqasında "Vilyarreal" üzərindəki möhtəşəm qələbəsinə cavabdeh olan müvəqqəti baş məşqçi Maykl Karrikin isə bazar günü Premyer Liqada "Çelsi" ilə keçiriləcək qarşılaşma vaxtı blindajda qalacağı gözlənilir.
Dekabrın 2-də "Arsenal"la qaşılaşmanın Ranqnikin rəhbərliyi altında keçiriləcək ilk oyun olacağı bildirilir.
Xatırladaq ki, "Old Trafford" Maurisio Poçettinonun Sulşerin yerinə gətirilməsi fikri ilə yanaşı, müvəqqəti baş məşqçi kimi bir sıra namizədlərlə də görüşmələr keçirib (Paççetinonun müqavilə müddəti bitmədiyi üçün PSJ-dən getməsinə razılıq verilməyib. Bundan sonra "qırmızı şeytanlar"ın rəhbərliyi klubu 2021-22 mövsümünün sonuna qədər idarə etmək üçün Ralf Rankniqə müraciət edib). Onların arasında "Barselona"nın keçmiş meneceri Ernesto Valverde, eləcə də "Roma"nın və "Lion"un keçmiş baş məşqçisi Rudi Qarsiya da olub.
Qeyd edək ki, Rankinq Almaniyada gərgin oyunun yenilikçisi hesab edilir. 63 yaşlı mütəxəssis "RB Leypziq"də idarəedici roluna keçməzdən əvvəl "Hannover", "Şalke" və "Hoffenheym" komandalarını çalışdırıb.