çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Mahir Emreli penaltidən yararlana bilməyib

26.11.2021 12:00 Oxundu 446


Ötən gün Polşanın "Legiya" komandasının futbolçusu, həmyerlimiz Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup oyununda qol şansını əldən verib.
"CEMPİON.AZ"
xəbər verir ki, 24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.
Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:2.