çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən 13 bəlli oldu

26.11.2021 12:50 Oxundu 429


Konfrans Liqasında mövsümün yaz hissəsində mübarizə aparacaq 24 komandadan 13-ü bəlli olub.
"CEMPİON.AZ"
xəbər verir ki, bu komandalar arasında yer alan Azərbaycan təmsilçisi “Qarabağ”ın 12 mümkün rəqibi bilinir. Bu klublardan 6-sı qrupda 1-ci yeri təmin edib. Həmin komandalar birbaşa 1/8 finalda oynayacaq.
Yalnız bir komandanın qrup ikinciliyi dəqiqləşib. Avropa Liqasından 3-cü yer sahibi kimi pley-offa qatılacaq 2 iştirakçı da bəllidir. Bir sözlə, pley-offun ümumilikdə 3 komandası məlumdur. 4 komanda isə yarışa 1/8, yoxsa pley-offdan davam edəcəyini son turda biləcək. Qrupdan çıxan, amma yeri bilinməyən 4 klubdan biri “Qarabağ”dır.
Qeyd edək ki, son turun matçları dekabrın 9-da təşkil olunacaq.

Qrup qalibləri
LASK (Avstriya)
“Gent” (Belçika)
“Alkmaar” (Niderland)
“Feyenoord” (Niderland)
“Kopenhagen” (Danimarka)
“Renn” (Fransa)

Qrup ikinciləri
“Makkabi” (Təl-Əviv, İsrail)

Qrupdan çıxan, yeri bilinməyən
“Bodo Qlimt” (Norveç)
“Roma” (İtaliya)
“Qarabağ” (Azərbaycan)
“Bazel” (İsveçrə)

Avropa Liqasından gələnlər
“Fənərbaxça” (Türkiyə)
“Seltik” (Şotlandiya)