çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

İtaliya milliyə 3 legioner cəlb edir

26.11.2021 14:55 Oxundu 455


İtaliya yığmasına daha üç legioner futbolçu cəlb olunacaq.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə futbol federasiyasının prezidenti Qabriele Qravina deyib. Qurum başçısı bildirib ki, 2022-ci ilin martında keçiriləcək DÇ-2022-nin pley-off görüşlərinə qədər heyət gücləndiriləcək: “Federasiya yığmaya çağırıla biləcək bütün futbolçuların xidmətində maraqlıdır. Biz üç mövqe üzərində çalışırıq. Proses gedir. Biz formallıqları həll edirik. Qalan məsələlər baş məşqçinin üzərinə düşür ki, oyunçunu yığmaya çağırmağa qərar versin”.