çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

SSRİ yığmasının baş məşqçisi vəfat edib

27.11.2021 10:18 Oxundu 455


Futbol üzrə SSRİ yığmasının keçmiş baş məşqçisi German Zonin 95 yaşında vəfat edib. 

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti məlumat yayıb. 
Zonin "Dinamo" (Leninqrad) və "Əmək Ehtiyatları"nda çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra "Əmək Ehtiyatları"na rəhbərlik edib, Zonin eyni zamanda “Trud" (Voronej), “Zarya" (Luqansk), “Zenit" (Leninqrad), OİK (Rostov), “Dinamo" (Tbilisi) klublarını çalışdırıb. “Torpedo Volqa” və “Kareliya”da məsləhətçi məşqçi kimi işləyib. 1965-1967-ci illərdə Birma millisini çalışdırıb.
Zonin SSRİ çempionatında paytaxtdan olmayan komandanı qələbəyə aparmağı bacaran ilk məşqçi olub. 1972-ci ildə "Zarya" ölkə çempionluğunu qazanıb. Həmin il Zonin Braziliyada keçirilən turnirdə SSRİ yığmasının baş məşqçisi kimi üç oyun keçirib. Zonin həm də 1972-ci ildə Münhendə keçirilən Olimpiadada SSRİ yığmasının məşqçilər korpusunun üzvü olub və komandaya bürünc medal qazandırıb.