27.11.2021 11:42
433
Avropa Liqasının V turunda “Lester”lə səfərdə keçirilən oyunda “Legiya”nın azarkeşləri yerli polisi döyüb.
"CEMPİON.AZ" xəbər verir ki, 12 polis əməkdaşı müxtəlif xəsarət alıb. Qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları “Lester” tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar. Həmin anda hüquq-mühafizə orqanlarının əməkdaşlarının müqaviməti ilə üzləşən polşalılar onlara da hücum çəkiblər. Nəticədə qonaqların 7 fanatı saxlanılıb.