27.11.2021 12:33
448
Argentinalı futbolçu Maksi Rodriqes karyerasını başa vurub.
"CEMPİON.AZ" xəbər verir ki, tanınmış hücumçu özü bu barədə açıqlama yayıb. 40 yaşlı oyunçu instaqram səhifəsindən paylaşımında futbolla vidalaşdığını yazıb. Onun son klubu 2019-cu ildən formasını geyindiyi “Nyuells Old Boys” olub.