27.11.2021 14:34
458
Portuqaliyalı futbolçu Luiş Nani klubundan ayrılıb.
"CEMPİON.AZ" xəbər verir ki, 35 yaşlı yarımmüdafiçi instaqram səhifəsi vasitəsilə “Orlando Siti” ilə vidalaşıb.
Ulduz futbolçu üç heyrətamiz ildən sonra MLS təmsilçisindən getməyin ağır olduğunu söyləyəsə də, bunun vaxtının gəldiyini əlavə edib. Başa çatan müqaviləsini yeniləməyən Nani artıq azad agent statusuna malikdir.