27.11.2021 14:49
450
“Qalatasaray” Türkiyə Futbol Federasiyasının (TFF) qərarının dəyişdirilməsi üçün apellyasiya şikayəti edəcək.
"CEMPİON.AZ" xəbər verir ki, İstanbul klubu baş məşqçi Fatih Terimə verilən 5 oyunluq cəzanın azaldılmasını istəyir.
Terim Türkiyə Super Liqasının XIII turunda “Fənərbaxça”ya 1:2 hesabı ilə uduzduqları matçda baş hakim Halil Umut Meleri təhqir etdiyi üçün diskvalifikasiya olunub. Lakin “sarı-qırmızılılar” cəzanın azaldılması üçün geniş müdafiə təqdim edəcək.