28.11.2021 02:00
568
İspaniya La Liqasında "Barselona" Xavinin rəhbərliyi altında ilk səfər oyununu keşirib. "Vilyareal"la qarşılaşan kataloniyalılar 3:1 hesabı ilə qalib gəliblər. İkinci hissənin əvvəllərində De Yonq komandasını irəli çıxarsa da meydan sahibləri məğlubiyyətlə barışmaq fikrində olmadıqlarını nümayış etdiriblər. "Barselona"nı tamamilə müdafiəyə çəkilməyə məcbur edən Emerinin komandası 76-cı dəqiqədə istədiyinə nail olub. Çukvueze hesaba bərabərlik gətirib. Bundan sonra təçəbbüsü tamamilə ələ alan meydan sahibləri hücumlarını davam etdirsə də qolları kataloniyalılar vurublar. 88-ci dəqiqədə Depay Ter Şteygenin ötürməsini qola çevirib. 90+4-cü dəqiqədə isə meydan sahibləri cərimə meydançası daxilində Koutinyoya qarşı qaydanı pozublar. Zərərçəkən penaltini dəqiq yerinə yetirib. Beləliklə, Xavinin komandası onun rəhbərliyi altında keçirdiyi ikinci oyunda 2-ci qələbəsini qaləbəsini qazanıb.