28.11.2021 21:55
466
Bu gün "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib. FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. O, Höccət Haqverdinin Loris Bronyoya qarşı kobud oyununa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.
30-cu dəqiqədə Qismət Alıyev çempionatın 8 qolla ən yaxşı bombardiri Davit Volkovun ötürməsini qola çevirib.
79-cu dəqiqədə isə Coşqun Diniyev uzaqdan dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.
Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.