çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Qırmızı şeytanlar" "Çelsi" ilə heç-heçə etdi

29.11.2021 11:02 Oxundu 444

İngiltərə çempionatının 13-cü turunda “Çelsi” “Mançester Yunayted”lə 1:1 hesabı ilə bərabərə qalıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, görüş Londondakı “Stemford Bric” stadionunda baş tutub. İlk top "Çelsi"nin qapısından keçirilib. Qolu "Mançester Yunayted"in heyətindən Ceydon Sanço 50-ci dəqiqədə vurub. 67-ci dəqiqədə "Çelsi"dən Corcinyo dəqiq penalti zərbəsi ilə rəqib komandadan qolun heyifini alıb.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo oktyabrın 2-dən bəri ilk dəfə "Mançester Yunayted"in start heyətinə düşməyib. O, 64-cü dəqiqədə Sançonu əvəzləyərək meydana çıxıb.
Mançester Yunayted ilk Premyer Liqa qələbəsini Ole Qunnar Sulşerin gedişindən sonra baş məşqçi vəzifəsini icra edən Maykl Karrikin rəhbərliyi altında qazanıb. "Qırmızı şeytanlar" Çempionlar Liqasında ingilis mütəxəssisin rəhbərliyi ilə İspaniyanın “Vilyarreal”ına qalib gəlib (2:0). Karrik 2006-2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib və beşqat İngiltərə çempionu, ölkə kubokunun və İngiltərə Liqa Kubokunun qalibi olub. O, həmçinin Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.
"Çelsi" Premyer Liqada məğlubiyyətsizlik seriyasını səkkiz oyuna çatdırıb (beş qələbə və üç heç-heçə). London komandası sonuncu dəfə sentyabrın 25-də "Mançester Siti" ilə görüşdə (0:1) məğlub olub. 
“Mançester Yunayted” ardıcıl üç oyunda qalib gələ bilmir. "Mançester Yunayted"in 18 xalı var və Premyer Liqanın turnir cədvəlində səkkizinci yerdə məskunlaşır. “Çelsi” 30 xalla birincidir. Növbəti turda dekabrın 2-də “Mançester Yunayted” “Arsenal”ı, bir gün əvvəl isə “Çelsi” səfərdə “Uotford”u qəbul edəcək.