29.11.2021 11:24
443
İngiltərə Futbol Çempionatının 13-cü turu çərçivəsində keçiriləcək "Bernli"- "Tottenham" matçı qar səbəbiylə təxirə salınıb.
"CEMPİON.AZ" xəbər verir ki, görüş Bernlidəki "Terf Mur" stadionunda baş tutmalı idi. Nəticədə əlverişsiz hava şəraiti ilə əlaqədar görüşün təxirə salınmasına qərar verilib. Oyunun yeni vaxtı sonra müəyyənləşdiriləcək.