çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Sergen Yalçınla bağlı qərar verildi

29.11.2021 13:12 Oxundu 437


Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla bağlı qərar qəbul edib.

"CEMPİON.AZ" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Emre Kocadağ mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, zirvə toplantısından sonra 49 yaşlı mütəxəssislə yola davam edilməsi məqsədəuyğun sayılıb. İclasda Kocadağla yanaşı, "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi və Sergen Yalçın da iştirak edib.
Qeyd edək ki, "Beşiktaş" son olaraq Türkiyə Super Liqasının XIV turunda evdə "Giresunspor"a 0:4 hesabı ilə uduzub. Son ölkə çempionu 20 xalla 10-cu pillədə qərarlaşıb və lider "Trabzonspor"dan 16 xal geridədir.