çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Neymar sıradan çıxdı - 6 həftə meydana çıxmaya bilər

29.11.2021 15:02 Oxundu 478

Futbol üzrə Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar zədələnib.

"CEMPİON.AZ" xəbər verir ki, o, Liqa 1-in 15-ci turu çərçivəsində baş tutan “Sent Etyen”lə səfər matçında (1:3) sıradan çıxıb.
Neymar artıq ilkin tibbi müayinədən keçib. Topuğundan zədə alan braziliyalı futbolçunun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Təkrar müayinədən sonra onun vəziyyəti tam dəqiqləşəcək.