29.11.2021 15:28
446
Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun azarkeşi ilə görüşüb.
"CEMPİON.AZ" xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə İnstaqram hesabından paylaşım edib.
Forvard "Yagelloniya"ya 1:0 hesabı ilə qalib gəldikləri XVI tur matçından sonra tərəfdara qısa dialoq yaşayıb. Fanat Emreliyə "Yaxşı oynadın, mənim dostum. "Legiya"nın tarixi qədimdir. Bu səbəbdən, daha yaxşı oynamağa çalışmalısan" deyib.
Azərbaycanlı futbolçu isə "Mən ən yaxşısını etməyə çalışıram" cavabını verib.
Qeyd edək ki, "Yagelloniya" ilə görüşdə qolun ötürməsini məhz Mahir Emreli verib.