Portuqaliyanın "Belenenseş" klubunun 13 futbolçusu koronavirusun yeni növ “Omicron” ştamına yoluxub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Portuqaliyanın “A bola” qəzeti verib. Qəzet bildirib ki, oyunçuların testləri müsbət çıxıb. Bu, Portuqaliyada yeni ştamla ilk yoluxma hadisəsidir.
“Omicron” Cənubi Afrikada meydana çıxıb. Hələlik yeni virus haqqında çox şey məlum deyil.
"Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı matça cəmi 9 futbolçu ilə çıxıb. Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb. "Belenenseş"in baş məşqçisi və onun köməkçiləri, həmçinin klubun 2 əməkdaşında da koronavirus aşkarlanıb.
Qeyd edək kİ, 8 xalla "Belenenses" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Benfika"nın 31 xalı var və çempionata başçılıq edir.
DÜNYA FUTBOLU
Portuqaliya klubunda 13 oyunçu "Omicron" ştammına yoluxdu
29.11.2021 15:39
434