29.11.2021 15:47
445
Beynəlxalq Futbol Federasiyası (FİFA) Birləşmiş Ərəb Əmirliyində keçiriləcək klublararası dünya çempionatının tarixini təsdiqləyib.
"CEMPİON.AZ" xəbər verir ki, turnir 2022-ci il fevralın 3-dən 12-dək BƏƏ-də keçiriləcək. Püşkatma mərasimi bazar ertəsi İsveçrənin Sürix şəhərində keçiriləcək.
Klublararası dünya çempionatında yeddi komanda iştirak edəcək. “Oklend Siti” (Yeni Zelandiya) və “Əl-Cəzirə” (BƏƏ) pley-offda bir yer uğrunda mübarizə aparacaq. “Əl-Əhli” (Misir), Monterrey (Meksika) və “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) turnirə 1/4 final mərhələsindən başlayacaq. Çempionlar Liqasının və Libertadores Kubokunun qalibləri - İngiltərənin "Çelsi" və "Palmeyras" yarımfinalda oynayır.