29.11.2021 16:18
452
İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytında açıqlama verilib. Artıq komanda Ralf Ranqnikə tapşırılıb.
63 yaşlı almaniyalı mütəxəssis bu postda Ole Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar.
Qeyd edək ki, Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.