Rusiya Futbol İttifaqının Nəzarət və İntizam Komitəsi keçiriləcək növbəti iclasında Tinkoff - Rusiya Premyer Liqasının (RPL) 16-cı turunun Sankt-Peterburq "Zenit"i ilə oyununda ÇSKA azarkeşlərinin pirotexniki məmulatlardan istifadə etməsinə baxacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə ittifaqın rəhbəri Artur Qriqoryans məlumat verib:
"Məsələ aydınlaşdırılır. Nümayəndənin məruzəsində qeyd olunan məsələlərə, o cümlədən ÇSKA azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə, hər iki klubun azarkeşlərinin şüarlarına baxılacaq. Gündəlik sabah dəqiqləşdiriləcək", - Qriqoryants deyib.
Bazar günü CSKA evdə "Zenit"ə 0:2 hesabı ilə uduzub. "Zenit" 16 oyunda 36 xal toplayaraq RPL turnir cədvəlində birinci yeri tutur. CSKA 24 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, qarşılaşma 2:0 hesabı ilə Sankt-Peterburq komandasının xeyrinə başa çatan oyundan sonra ÇSKA azarkeşləri tərəfindən protexniki qurğulardan istifadə olunub. ÇSKA azarkeşlərə tribunadan çıxmağa icazə verilməyib. Polis tərəfindən xeyli sayda azarkeş saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da olub.
ÇSKA-nın rəsmi saytında həm azarkeşlərin bu cür hərəkəti, həm də hadisədə günahı olmayan azarkeşlərin həbsi pislənib.
DÜNYA FUTBOLU
"Zenit" - "ÇSKA" oyununda azarkeşlər həbs olundu
29.11.2021 16:31
449