çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Qadınlar arasında ən yaxşı futbolçu - Aleksia Putelyas

30.11.2021 11:21 Oxundu 486


“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına qadınlar arasında Aleksia Putelyas layiq görülüb.
"CEMPİON.AZ"
xəbər verir ki, o, qadınlar arasında ən çox səs toplayaraq 2021-ci ilin ən yaxşısı olub.“Barselona”nın 27 yaşlı yarımmüdafiəçisi 61 ildən sonra bu mükafata yiyələnən ilk ispaniyalı, ümumilikdə isə ikinci futbolçu olub. Ona mükafatı PSJ-nin fransalı hücumçusu Kilian Mbappe təqdim edib. 
Buna qədər ispaniyalılardan yalnız 1960-cı ildə kişi futbolçu Luis Suares “Qızıl top”a sahib olub.