çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Messi öz rekordunu yenilədi - 7-ci dəfə "Qızıl top"a sahib oldu

30.11.2021 11:50 Oxundu 451


“France Football” nəşrinin keçirdiyi “Qızıl top” mükafatının sahibi 7-ci dəfə Leonel Messi olub.
"CEMPİON.AZ"
xəbər verir ki, o futbolçular arasında ən çox səsə malik olub. Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu sabiq komanda yoldaşı  Luis Suares təltif edib.
7-ci dəfə bu mükafata sahib çıxan PSJ-nin hücumçusu öz rekordunu yeniləyib. “France Football”ın səsverməsində “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski 2-ci, “Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyo isə 3-cü olub. Bu “üçlük”lə yanaşı, əsas namizədlər sırasında olan “Real”ın fransalı forvardı Kərim Benzema 4-cü yeri tutub.
Digər namizədlər isə aşağıdakı kimi sıralanıb: 5. Nqolo Kante (Fransa / “Çelsi”), 6. Kriştiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”), 7. Məhəmməd Salah (Misir / “Liverpul”), 8. Kevin de Bruyne (Belçika / “Mançester Siti”), 9. Kilian Mbappe (Fransa / PSJ), 10. Canluici Donnarumma (İtaliya / “Milan”-PSJ), 11. Erlinq Haland (Norveç / “Borussiya” Dortmund), 12. Romelu Lukaku (Belçika / “Çelsi”), 13. Corcio Kyellini (İtaliya / “Yuventus”), 14. Leonardo Bonuççi (İtaliya / “Yuventus”), 15. Rahim Sterlinq (İngiltərə / “Mançester Siti”), 16. Neymar (Braziliya / PSJ), 17. Luis Suares (Uruqvay / “Atletiko”), 18. Simon Kyaer (Danimarka / “Milan”), 19. Meyson Maunt (İngiltərə / “Çelsi”), 20. Riyad Mahrez (Əlcəzair / “Mançester Siti”), 21. Lautaro Martines (Argentina / “İnter”), Bruno Fernandeş (Portuqaliya / “Mançester Yunayted”), 23. Harri Keyn (İngiltərə / “Tottenhem”), 24. Pedri (İspaniya / “Barselona”), 25. Fil Foden (İngiltərə / “Mançester Siti”), 26. Nikolo Barella (İtaliya / “İnter”), Ruben Diaş (Portuqaliya / “Mançester Siti”), Jerar Moreno (İspaniya / “Vilyarreal”), 29. Sezar Aspilikueta (İspaniya / “Çelsi”), Luka Modriç (Xorvatiya / “Real”).
Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb. Koronavirus pandemiyası ilə əlaqədar ötən il heç kim mükafat almayıb