çərşənbə, 27 noyabr 2024

DİGƏR NÖVLƏR

Daha bir azərbaycanlı dünya referisi dərəcəsi aldı

30.11.2021 12:50 Oxundu 455


Azərbaycanın dünya referisi dərəcəsi alan hakimlərinin sayı 4-ə çatıb. 
"CEMPİON.AZ"
xəbər verin ki, bu barədə Milli Karate Federasiyası məlumat yayıb. Bildirilib ki, Avropa referisi dərəcəsi olan beynəlxalq hakimlər Anar Allahverdiyev və Rənad Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş dünya çempionatı ərəfəsində imtahan verərək səviyyələrini dünya referisinədək artırıblar. Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi xüsusi yığıncağında Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən hakimlərdən Cahangir Babayevin də işini yüksək qiymətləndirilib və ona sertifikat təqdim olunub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimiz Babayev,  Allahverdiyev və Əliyevdən başqa, Vüqar Kərimov ötən dünya çempionatını idarə edən referilər arasında olub.