30.11.2021 14:28
436
“Mançester Yunayted”in yeni baş məşqçisi Ralf Ranqnik Premyer Liqanın XIV turunda komandaya rəhbərlik etməyəcək.
"CEMPİON.AZ" xəbər verir ki, mançesterlilər “Arsenal”la matça da Maykl Karrik çıxacaq. Artıq bu barədə komandanın futbolçularına və məşqçi heyətinə də məlumat verilib. Buna səbəb almaniyalının işçi vizası ilə bağlı yubanma və koronavirusla bağlı Böyük Britaniyaya gələn əcnəbilərə qoyulan yeni məhdudiyyətlərdir.