30.11.2021 15:06
445
Kriştiano Ronaldonun keçmiş komandası “Yuventus”la müqaviləsinin maliyyə detalları araşdırılır.
Yeniavaz.com xəbər verir ki, Turin klubunun ötən il pandemiya dönəmində portuqaliyalı superulduza ödənişləri maliyyə hesabatlarına əlavə etmədən ödədiyi iddia olunur. İstintaq 2020-ci ilin mart-aprel aylarına əsasən aparılır. “Qoca sinyora”nın koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarını azaltması və təxirə salması ilə bağlı telefon danışıqları ələ keçirilib. Ronaldonun müqaviləsindəki məbləğlə telefon danışığında deyilən rəqəmlər müqayisə edilir. A seriyası təmsilçisində illik qazancı 31 milyon avro olan Kriştiano Ronaldo bu yay “Mançester Yunayted”ə keçib.