30.11.2021 15:50
482
“Bavariya”nın Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Barselona” ilə matçda azarkeş dəstəyindən məhrum olacaq.
"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb Bundesliqa təmsilçisinin koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərlə üzləşməsidir. Almaniyada koronavirusun yayılmasına qarşı məhdudiyyətlər artırılması münhenlilərə də təsir edib. Oyunun əvvəlcə stadion tutumunun 25 faizinə qədər tamaşaçı ilə keçirilməsi planlaşdırılırdı. Lakin yoluxma sayının artması buna da mane olub.
Qeyd edək ki, “Bavariya” – “Barselona” matçı dekabrın 8-də keçiriləcək.